“AUDİ”nin tam elektik modelinin Bakıda təqdimat mərasimi keçirildi - Fotolar+Video

“AUDİ”nin tam elektik modelinin Bakıda təqdimat mərasimi keçirildi
Oxunma sayı: 3791

30 noyabr tarixində “Audi”nin tam elektrikli modeli olan E-tron Sportback və Yeni Audi Q5 Sportback modellərinin təqdimat mərasimi keçirildi. Təqdimatda bir sıra məşhur şəxslər iştirak edib.

Bildirmək istəyirik ki “Efendiler Group” elektrik avotomobil bazarının Azərbaycanda inkişafı üçün investisiya layihəsi hazırlamışdır. Belə ki artıq yalnız Bakı şəhərində deyil, Azərbaycanın bütün digər regionlarında da “Efendiler Group”a məxsus enerji doldurucu cihazlarını görə biləcəksiniz.

Qeyd edək ki, “Efendiler Group”a aid olan avtomobil brendlərinin elektromobil sahibləri onlara təqdim olunmuş xüsusi kartlar vasitəsilə tam təmənnasız olaraq bu enerji doldurma məntəqələrindən istifadə edə biləcəklər. Yaxın zamanlarda həmin enerji dolduma cihazları Şuşadan başlamaqla yenicə işğaldan azad olunmuş bütün Qarabağda şəbəkə kimi genişləndiriləcək.

“Efendiler Group”a daxil olan “Dream Auto” MMC Audi avtomobillərinin rəsmi distribütorudur və 2012-ci ildən etibarən fəaliyyət göstərir. Azərbaycanda bu marka avtomobillərin və onların ehtiyat hissələrinin satışı, texniki xidmət göstərilməsi üzrə ekskluziv hüqurlara malikdir. Bakı şəhər, Babək prospekti 43A ünvanında yerləşən Audi satış və servis mərkəzi “Audi”in ən son konsepsiyasına uyğun olaraq 2018-ci ildə yenidən inşa olunub.