Auditdən yayınanlar cərimə ödəyəcəklər.
“Qafqazinfo” modern.az-a istinadən saytı xəbər verir ki, martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində (İXM) məcburi audit yoxlamasından keçməyənlərə cərimələr nəzərdə tutulub.
Bundan sonra vəzifəli şəxslər - 300-600 manat, hüquqi şəxslər – 1500-2500 manat cərimə ödəməli olacaqlar. Dəqiq məbləği yerli məhkəmələr müəyyənləşdirəcək.
Qeyd edək ki, prezidentin fevralın 15-də imzaladığı fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, məcburi auditdən yayınmaya dair protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı hazırlanıb təqdim edilsin. Bu işə 3 ay vaxt ayrılıb.
Son xəbərlər
Son Xəbərlər