Avarçəkənimiz Kazanda bürünc medal qazandı - Video

avarcekenimiz-kazanda-burunc-medal-qazandi
Oxunma sayı: 1796

Tatarıstanın paytaxtı Kazanda təşkil edilən beynəlxalq “BRİCS” idman oyunlarında avarçəkənimiz Bəhmən Nəsiri bürünc medal qazanıb.

“Qafqazinfo”nun məlumatına görə, təsnifat mərhələsində uğurlu çıxış edən avarçəkənimiz A finalına vəsiqəni təmin edib.

Həlledici yürüşdə Bəhmən Nəsiri finiş xəttini 3-cü keçərək bürünc medala sahib olub.