“Qafqazinfo”nun məlumatına görə, Mingəçevirdə baş tutan yarışın ilk günündə 8 növ üzrə ilkin və yarımfinal mərhələsində yürüşlər keçiriləcək.
Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 m məsafəyə ilkin yürüşləri ilə başlayıb. 14 nəfərin iki yürüşdə qüvvəsini sınayır. Azərbaycanı təmsil edəcək Taras Matviyçuk ilk “7-lik”də start xəttinə çıxıb.
T.Matviçuk da ilk 4-lükdə yer aldığından növbəti mərhələyə keçə bilməyib.
Kişilərin 1000 metr məsafəyə kayak yarışlarında 31 idmançı qüvvəsini sınayacaq. İlkin mərhələdə 4 yürüş keçirilir. Təmsilçimiz Tamerlan Mustafayev 1-ci yürüşdə 8-ci zolaqda mübarizəyə başlayır.
Bu yarışda Almaniya idmançısı birbaşa final mərhələsinə vəsiqə qazandı. T.Mustafayev isə sonuncu pillədə qərarlaşdığından növbəti mərhələyə keçə bilmədi.
***
Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında 10 cütlük çıxış edib. Təmsilçilərimiz Sergey Bezuqlıy və Aleksey Kupin 2-ci yürüşdə 7-ci zolaqda mübarizə aparıb. Məsafəni 3 dəqiqə 46,744 saniyəyə qət edən idmançılarımız 5 cütlük arasında sonuncu olsa da, yarımfinala yüksəlib. Onlar bu gün saat 16:46-da başlayacaq yarımfinalda çıxış edəcək.
Millimizin daha bir üzvü İnna Rdomska-Osipenko da ilkin mərhələni uğurla adlayıb. Qadınların kayaklarda 500 metr məsafəyə yarışında çıxış edən təmsilçimiz məsafəni 1 dəqiqə 51,224 saniyəyə qət edib. O, 2-ci yürüşdə finiş xəttinə 2-ci çatıb. İnna bu gün saat 15:30-da start götürəcək yarımfinal mərhələsində 2-ci yürüşdə 5-ci zolaqda mübarizə aparacaq.
Qadınların 2 və 4 nəfərlik kayaklarda 500, kişilərin 2 və 4 nəfərlik kayaklarda 1000 metr məsafəyə yarışlarında Azərbaycan təmsil olunmayıb.
***
İnna Ospienko-Rodomska qadınların kayak yarışında uğurlu çıxışını davam etdirib. O, yarımfinal mərhələsində 500 metr məsafəni 1:48.132 göstərici ilə qət edərək növbəti - final mərhələsinə vəsiqə qazanıb.
İdmançımız finalda Portuqaliya, Serbiya, Belarus, Polşa, Macarıstan, Böyük Britaniya, Avstriya və Sloveniya avarçəkənləri ilə mübarizə aparacaq.
***
I Avropa Oyunlarında kanoe növündə çıxış edən Sergey Bezuqlıy və Aleksey Kupindən ibarət azərbaycanlı duet finala yüksələ bilib.
Azərbaycan təmsilçiləri 1000 metr məsafəyə yarımfinal yürüşündə uğura imza atıb. Onlar finişə 3 dəqiqə 29,489 saniyəyə çataraq, yürüşü ikinci yerdə tamamlayıblar.
Digər avarçəkənimiz T.Matviyçuk yarımfinal mərhələsində mübarizəni dayandırıb.
***
Final oyunu iyunun 16-da baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər