Avarçəkənlərimiz Dünya kubokunda

avarcekenlerimiz-dunya-kubokunda
Oxunma sayı: 677


“Qafqazoinfo”nun “Qol.Az”a istinadən məlumatına görə, Nüfuzlu reqatada Azərbaycanı 5 idmançı təmsil edəcək.

Əsas diqqətlər son Avropa çempionatının gümüş mükafatçıları Aleksandr Aleksandrovla Boris Yotova yönələcək. Aleksandrov – Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bu cütlüyün üst-üstə 21 rəqibi olacaq.

2 nəfərlik sükansız qayıqla (M2-) eyni məsafəyə yürüşlərdə isə İqor Luçiç – Luka Dordeviç cütlüyü çıxış edəcək. Onların ümumilikdə 12 rəqibi olacaq.

Nəhayət, Cavid Əfəndiyev 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşlərə qatılacaq. Əfəndiyev isə ümumilikdə 19 avarçəkənlə mübarizə aparacaq. 

Dünya Kubokunun II mərhələsinə iyunun 22-də yekun vurulacaq.