Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirildi - Video

avarcekme-uzre-aciq-baki-birinciliyi-kecirildi
Oxunma sayı: 948

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının yaxınlığında, Xəzər dənizində baş tutan turnirdə paytaxtla yanaşı Mingəçevirdən olan 80 nəfərə yaxın idmançı mübarizə aparıb. Yeniyetmə və gənclərdən ibarət yarış iştirakçıları avarçəkmənin akademik, kayak, kanoe növlərində 200, 500 metr məsafədə güclərini sınayıblar. Qalib idmançılar diplom və medallarla mükafatlandırılıb. 

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən yeniyetmə və gənclər arasında bu cür daxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq, onlar arasından perspektivli idmançılar seçərək daha güclü milli komanda formalaşdırmaqdır.