Avazları yaxşı gəlir – - Azan oxuyanlar

avazlari-yaxsi-gelir-
Oxunma sayı: 3660


“Qafqazinfo” indiyə kimi azan oxuyan 9 məşhuru sizə təqdim edir: 

Burhan Çanan bu məşhurlar içərisində ən bəyəniləni olub. İki ilahi mahnılardan ibarət diski olan müğənni 90-cı illərdə kanal reytinqi azan oxuyan müəzzinə görə dəyişdiyi üçün ən məşhur şəxslərdən biri olub. 

İbrahim Tatlısəsin oxuduğu azan da xalq tərəfindən bəyənilib. 

Özcan Dəniz isə azan oxuması bəyənilməyən məşhurlardandır. Belə ki, o, özü illər sonra azan oxumasının bir səhv olduğunu dilə gətirib. 

2000-ci illərdə az rast gəlinsə də, ancaq axşam azanlarını oxuyan məşhurllar hələ də var. Müslüm Gursəs də onlardan biri idi. Babanın oxuduğu azan digər musiqiləri kimi onu sevənlərin rəğbətini qazana bilib. 

Mətbuatda ilahiyyat oxuması uzun müddət danışılan Bülənt Ərsoy çəkildiyi filmlərin birində azan oxuyaraq siyahımızdakı 9 müğənnidən biri olub. 

Flaş TV-də Ramazana xas proqram aparan Nihat Doğan efirlərin birində azan oxuyub. Proqramın şapkasında o görüntülər hələ də qalır. 

Çəkildiyi “Huzur sokağı” serialında azan oxuyan Kutsi də bu karvana qoşulan məşhurlardandır. 

Mustafa Ceceli keçən il dəvət olunduğu Ramazan proqramında canlı azan oxuyub. 

Son olaraq, rol aldığı filmə görə azan oxuyan digər məşhur isə Halil Sezaidir. O çəkildiyi filmdə imam rolunda çəkilib. 

Günel Hacı