Avcı “Trabzonspor”dan getdi

avci-trabzonspordan-getdi
Oxunma sayı: 1682

"Trabzonspor"un baş məşqçisi Abdullah Avcı istefa verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. O, bildirib ki, yeni rəhbərliyin yolunu açmaq üçün bu addımı atıb. Belə ki, bir neçə gün öncə klubun prezidenti Ahmet Ağaoğlu da istefa vermişdi.

Qeyd edək ki, A.Avcı 2020-ci ildən komandanın baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda "Trabzonspor" 38 il sonra Türkiyə çempionu olmuşduu. Komanda hazırda ölkə çempionatında 6-cı pillədə qərarlaşıb.

Avcı daha əvvəl Türkiyə millisi və "Beşiktaş"ın baş məşqçisi olub.