Aviasərnişinlərin 3 ən sevimli məşğuliyyəti bu imiş

aviasernisinlerin-3-en-sevimli-mesguliyyeti-bu-imis
Oxunma sayı: 1957

Ucuz biletlərin axtarışı üzrə turist servisi səyahətçilər arasında sorğu keçirib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, onlar uçuş vaxtı üstünlük verdikləri məşğuliyyətlərini açıqlayıb. Sorğuda 26 min insan iştirak edib. Təyyarə sərnişinlərinin 40%-i həmin vaxt yatmağa üstünlük verdiyini bildirib.

Bir çox səyahətçilər öz komfortlarını təmin etməyə çalışır – özləri ilə boyun üçün yastıq, yatmaq üçün maska götürür, eləcə də uçuş üçün rahat geyim seçirlər. Bəzi sərnişinlər uçuş vaxtı doyunca yatmaq üçün təyyarə reysinə qədər ayıq qalır. Respondentlərin bir qismi yuxu dərmanı qəbul edir.  

Yuxusu gəlməyən 29% sərnişin musiqi dinlədiyini və ya film izlədiyini açıqlayıb.

Sorğuda iştirak edənlərin 17%-i isə uçuş vaxtı kağız və ya elektron kitablar oxumağa üstünlük verdiyini bildirib.