Tədbirdə AVP Gənclər Təşkilatının sədri Tural Məmmədov və sədr müavini Hikmət Yusifov iştirak edib.
Tədbirdə çıxış edən Ana Vətən Partiyası Gənclər Təşkilatının sədri Tural Məmmədov Ulu Öndər Heydər Əliyev ideyalarından, onun xalqımıza verdiyi töhvələrdən geniş bəhs etdi. T.Məmmədov Azərbaycan gəncliyini ayıq-sayıq olmağa, qara qüvvələrin təsirinə düşməməyə çağırdı.
Eyni zamanda beynəlxalq aləmin Azərbaycana qarşı göstərdiyi ədalətsizlikdən danışan sədr bildirdi ki, mövcud sabitliyimizin qorunmasında hər bir kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
Sonda tədbir tələbələrin çıxışları ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər