Fələstin Azadlıq Təşkilatı avqust ayında İsrail qüvvələri tərəfindən 19 fələstinlinin öldürüldüyünü açıqlayıb.
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, onlardan 17-si Qəzza sərhədində, digər ikisi isə Qərbi Şəriə və Şərqi Qüdsdə düşmən güllələrinə tuş gəliblər.
1600-ə yaxın dinc sakin isə yaralanıb. Onlar mərmilərlə yanaşı, gözyaşardıcı qaz və digər maddələrlə xəsarət alıblar.
Bundan başqa, 400-ə yaxın fələstinli də həbs edilib.
Qeyd edək ki, Fələstində 30 martdan etibarən hər həftənin cümə günləri “Böyük Qayıdış Yürüşü” keçirilir.
Son xəbərlər
Son Xəbərlər