Avqustda həftəsonları ictimai nəqliyyat işləməyəcək - Qərar

avqustda-heftesonlari-ictimai-neqliyyat-islemeyecek
Oxunma sayı: 3257

Nazirlər Kabineti yanında Operativ Qərargah avqust ayı ərzində həftəsonları ictimai nəqliyyatın işləməyəcəyi barədə qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı qərarda deyilir:

“2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılır”.