Avrasiya Universiteti abituriyetlərə xüsusi güzəştlər təklif edir

avrasiya-universiteti-abituriyetlere-xususi-guzestler-teklif-edir
Oxunma sayı: 8719

Bakı Avrasiya Universiteti abituriyetlərə  xüsusi güzəştlər təklif edir və təhsil haqqları  minumuma endirilib.

Bakı Avrasiya Universiteti 2018/2019-cu  tədris ili üçün dövlət sifarişli və ödənişli  qəbul plan yerlərini açıqlayıb.

“Qafqazinfo”ya  bu barədə Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli məlumat verib. O qeyd edib ki, Universitetin əyani və qiyabi təhsil sistemi üzrə qəbul aparılacaq ixtisasların illik təhsil haqqları əyani tələbələr üçün 1600-1700 AZN, qiyabi təhsil üçün isə 1300 AZN  təşkil edəcək.    Mətbuat katibi bildirib ki,  Bakı Avrasiya universiteti elm və ali təhsil sahəsində ən nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində   dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə tələbə, müəllim və təcrübə mübadiləsi sahəsində səmərəli nəticələrimiz var. Təhsilin hər 3 səviyyəsində:  bakalavriat, magistratura və doktorantura səviyyələrində  kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir.

Tələbələr üçün  xüsusi güzəştlər

 Mətbuat katibi universitetdə tələbələr üçün yaradılmış bir çox təhsil güzəştlərindən də yararlanacaqlarını bildirib. Bura əla oxuyan tələbələrin təhsil xərclərindən azad olunmaları, xarici ölkələrdə təhsil almaqla yanaşı xüsusi təqaüddə daxildir.  Məzunların işlə təminatı sahəsində universitet mütamadi olaraq iş dünyası ilə sıx əməkdaşlıq edir və məzunların məşğulluğu üzrə xüsusi proqramlar həyata keçirir.

Hər il olduğu kimi bu ildə tələbələrimiz təhsil güzəştlərindən istifadə edəcək.Belə ki,400-499 bal yığan abituriyent 30%, 500 daha çox balla universitetimizə qəbul olanlar 1 ci kurs üçün təhsil haqqından azad olunmaqla, növbəti tədris illərində əla oxumaqları şərti ilə təhsil haqqından azad olunurlar.Həmçinin eyniadlı təqaüd proqramları həmişəki yüksək nailiyyətli tələbələrimiz üçün keçərlidir.

Mətbuat katibi özəl universitetlər sırasında yeganə qızlar yataqxanasının fəaliyyəti barədə də yeniliklərin olacağını qeyd edib. Belə ki,  təhsilalanların tam rahatlığını təmin edən müasir maddi-texniki baza və təhsil şəraitinə malik qızlar yataqxanası bu il regionlardan gələn abituriyentlərimiz üçün yer saylarını maksimuma çatdıracaqlarını deyib: “Bildiyiniz kimi Bakı şəhərində kirayə haqlarının yüksək olması təhsil almaq istəyən bir çox abituriyentlər üçün problemlərə yol açırdı.Məhz Bakı Avrasiya Universiteti bu problemin aradan qaldırılması üçün xüsusi yataqxananın istifadəyə verilməsini təmin etdi.İlk olaraq 30 yerlik,bu ildən isə qeyd etdiyim kimi otaqların sayı maksimuma çatdırılacaq, hal-hazırda bu istiqamətdə ciddi işlər görülür.Bununla yanaşı əcnəbi tələbələrimiz üçündə bu ayrıca yataqxanamız fəaliyyət göstərir ”.

Plan yerləri artırılıb.

Şəfayət Avılbəyli bildirib ki, universitetin ötən ilki qəbul planı tam dolduğundan universitetə bu ilki plan yerləri də artırılıb. Belə ki,ötən ili  12 ixtisas üzrə qəbul aparılmışdıqsa, bu il 16 ixtisas üzrə 685 abituriyent qəbul ediləcək.Və eyni zamanda bir neçə ixtisaslar üzrə universitet qiyabi tələbə qəbul etmək imkanı qazanıb.

Belə ki, universitet bu il  3-cü qrup üzrə Filologiya(Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə əyani və qiyabi şöbəsinə 90, Filologiya (türk dili və ədəbiyyatı) ixtisasına 25, İngilis dili və ədəbiyyatına 55, Tərcümə (ingilis dili) 90, Tərcümə-alman,fransız və ərəb dilləri ixtisaslarına 75 abituriyent qəbul edəcək.

Həmçinin 2-ci qrup Regionşünaslıq (ABŞ və Kanada) üzrə 65,Regionşünaslıq (Yaxın və Orta şərq) üzrə 25 , Regionşünaslıq (Avropa) üzrə 65, Beynəlxalq münasibətlər ixtisası üzrə 25, İqtisadiyyat üzrə 55, Marketiq və Biznesin idarə edilməsi ixtisasları üzrə 55 abituriyentin qəbulu nəzərdə turulub.

Bakı Avrasiya Üniversiteti 1-ci qrup üzrə  bir ixtisas üzrə tələbə qəbulu həyata keçirəcək. İnformasiya texnologiyaları adlanan bu ixtisasa 25 abituriyent seçim edə biləcək. Bu ixtisası xüsusi olaraq vurğulamaq istəyirəm ki, İnformasiya Texnologiyaları ixtisası müasir dünyamızda vacib olan ixtisaslardan biridir və bu ixtisas üzrə kadr hazırlığı Bakı Avrasiya Universiteti üzərinə böyük məsuliyyət qoyub.

Sonda abituriyetlərin hər birinə uğur arzulayan universitet rəsmisi. seçim  etməkdə diqqətli olmağı tövsiyyə edib.