Bu gün Bakıda 6-cı Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, səhər saatlarında Caspian Biznes Otelin konfrans zalında start verilən tədbiri giriş sözü ilə Bakı Avrasiya Universitetinin rektoru,fəlsəfə elmləri doktoru,professor Nazim Hüseynli açıq elan edib.
BAU-nun ev sahibliyi etdiyi simpoziumda çıxış edən N.Hüseynli qonaqları salamlayaraq tədbirin əsas məqsədini açıqlayıb.
Qeyd edək ki,tədbirdə Niğdə Ömər Halisdəmir Universitetinin rektoru Muhsin Kar, Qazax Qızlar Pedaqoji Milli Universitetinin rektoru Professor Gauhar Aldambergenova, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, Professor Hikmət Babaoğlu, Nəsimi adına Dilçilik İnstitutunun Direktoru Möhsün Nağısoylu və digər tanınmış elm xadimləri də iştirak ediblər.
İki saat davam edən Simpoziumun ardından qonaqlar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Tədbir axşam saatlarında "Kökümüz bir-Türkük" Qala Festivalı ilə davam edəcək. Simpozium 3 gün - 13-15 iyun tarixlərində nəzərdə tutulub.






Son xəbərlər
Son Xəbərlər