Bu gün Bakı Avrasiya Universitetində “Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Fəxri xiyabanda H.Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyan universitet rəhbərliyi və konfrans iştirakçıları, daha sonra oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Konfransın açılış mərasimində elm adamları, ictimai xadimlər,xarici qonaqlar və KİV nüayəndələri iştirak ediblər. Konfransda Heydər Əliyevin siyasəti ilə bağlı məruzələr dinlənilib.
Türkiyə Respublikasının, Nigde Ömər Halis Demir Universitetindən Dr.Çidem Şahinin “Haydar Aliyev döneminde Azerbaycanın dış politikası”,İtaliyanın Genuya Universitetindən Dr.prof.Alessandro Figusun “Azerbaijan İtaly relationnship end EU” ,eləcədə digər məruzələrdə Heydər Əliyevin fəaliyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycanın dövləti quruluşu və dünya məkanında öz layiqli yerini tutması vurğulanıb, bunun sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanılması qeyd edilib.
.jpg)
Son xəbərlər
Son Xəbərlər