Avro-2020-də 1/8 finalın cütləri müəyyənləşdi

avro-2020-de-18-finalin-cutleri-mueyyenlesdi
Oxunma sayı: 3189

Avro-2020-də qrup mərhələsinə yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, bununla da 1/8 finalın bütün cütləri dəqiqləşib.

İki günlük fasilədən sonra 1/8 final iyunun 26-da start götürəcək. Bu mərhələnin oyunları 4 gün ərzində keçiriləcək.

Qeyd edək ki, 1/8 final mərhələsinə üçüncü yeri tutmuş dörd ən yaxşı komanda da yüksəlib. Bunlar Çexiya, İsveçrə, Ukrayna və Portuqaliya milliləridir.

Avro-2020
1/8 final

26 iyun
20:00. Amsterdam. Uels – Danimarka
23:00. London. İtaliya – Avstriya

27 iyun
20:00. Budapeşt. Niderland - Çexiya
23:00. Sevilya. Belçika – Portuqaliya

28 iyun
20:00. Kopenhagen. Xorvatiya - İspaniya
23:00. Buxarest. Fransa – İsveçrə

29 iyun
20:00. London. İngiltərə - Almaniya
23:00. Qlazqo. İsveç – Ukrayna