“Avro-2020”nin rəsmi mahnısı müəyyənləşdi - Video

avro-2020nin-resmi-mahnisi-mueyyenlesdi
Oxunma sayı: 1542

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, mahnını niderlandlı Martin Qarriks və İrlandiyanın “U2 Bono and The Edge” rok qrupunun üzvləri ifa edirlər.

Mahnı “We are the people” adlanır.

Qeyd edək ki, “Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Bakı Olimpiya Stadionu "A" qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də, dörddəbir final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.