Avro bahalaşdı, türk lirəsi isə yenə ucuzlaşdı

avro-bahalasdi-turk-liresi-ise-yene-ucuzlasdi
Oxunma sayı: 4177

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 2022-ci il iyulun 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

Xəbəri rus dilində oxuyun: Умерла женщина, вернувшаяся в село Агалы

Türk lirəsinin manata nisbətdə məzənnəsində enmə qeydə alınıb. Belə ki, ötən həftə 1 türk lirəsi 0.0959 manat idisə, hazırda bir türk lirəsi üçün bu göstərici 0.0956 manatdır.

Avronun manata nisbətdə məzənnəsində isə artım qeydə alınıb. Ötən həftə 1 avro 1.7309 manata dəyişdirilirdisə, hazırda bu göstərici 1 avro üçün 1.7346-dır.

Ötən həftə ilə müqayisədə Rusiya rublunu məzənnəsində dəyişiklik baş verməyib. Belə ki, 1 Rusiya rublunun məzənnəsi isə 0.0295 manatdır.

AMB bu günə olan rəsmi valyuta məzənnələri ilə bu linkə daxil olmaqla daha ətraflı tanış ola bilərsiniz.