Avro Liqanın qalibi kim olacaq?

avro-liqanin-qalibi-kim-olacaq
Oxunma sayı: 1001


 “Qafqazinfo” xəbər verir ki, Priney derbisində İspaniyanın “Sevilya” klubu ilə Portuqaliyanın “Benfika”komandası qarlışacaq. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq matçı almaniyalı hakim  Felliks Brix idarə edəcək. Bu maraqlı görüş Turində “Juventus Stadium”da keçiriləcək.

 “Sevilya” bu gün qalib gəlsə, tarixi ərzində 3-cü dəfə bu kuboku başı üzərinə qaldırmış olacaq. 2005-2006, 2006-2007-ci illər mövsümündə, o vaxtkı adı ilə UEFA kubokunu qazanan “Sevilya”, bu dəfə Avro Liqada bu uğura imza atmaq istətyir. 

 “Benfika” isə öz növbəsində Avro Liqada  ardıcıl ikinci dəfə final mərhələsində mübarizə aparacaq. Keçən il finalda “Çelsi”yə 2-1 hesabı ilə uduzan Portuqaliya təmsilçisi bu gün kuboku əldə etməyi hədəfləyir.


İqbal