“Avro Qrand”a qarşı 1,6 milyonluq dələduzluq iddiası

avro-qranda-qarsi-16-milyonluq-deleduzluq-iddiasi
Oxunma sayı: 2571

Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan “Avro Qrand” MMC-nin rəhbərliyi 1,6 milyon manatlıq dələduzluqda ittiham olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə paytaxt sakini, 1965-ci il təvəllüdlü Hüseyn Əliyev DİN-ə müraciət edərək məlumat verib.

O bildirib ki, MMC-nin rəhbəri Xanlar Cəfərov və əməkdaşları – Allahverdi ilə İsmayıl obyekt  almaq adı ilə onu aldadaraq 1 575 000 manat pulu alaraq mənimsəyiblər.

Müraciətlə bağlı Binəqədi RPİ-də araşdırma aparılır.

Murad Əhməd