Avrokomissar Paşinyanı onunla səhv saldı - Foto

avrokomissar-pasinyani-onunla-sehv-saldi
Oxunma sayı: 1624

Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti komissarı İohannes Xan Ermənistan baş naziri Nikol Paşinyanı onun gürcü həmkarı Mamuka Baxtadze ilə səhv salıb.

"Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, avrokomissar Tvitter səhifəsində Gürcüstan baş naziri ilə şəklini paylaşaraq “Ermənistan baş naziri Nikol Paşinyanı yenidən Brüsseldə qəbul etməkdən məmnunluq duyuram!” şərhini yazıb. Bu post bir neçə dəqiqə sosial şəbəkədə qaldıqdan sonra dərhal silinib. 

Qeyd edək ki, 4-5 mart tarixlərində Brüsseldə həm Ermənistan, həm də Gürcüstan baş naziri səfərdə olub.