Avrokomissardan Azərbaycan və Ermənistana - Çağırış

avrokomissardan-azerbaycan-ve-ermenistana
Oxunma sayı: 2025

“Üçtərəfli bəyanat imzalanandan sonra artıq gələcəyə baxmalı və barışıq haqqında düşünməliyik. Vəziyyətin stabilləşdirilməsi, gərginliyin azaldılması üçün diqqəti barışıq və etimadın yaradılmasına yönəltməliyik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri AŞPA-da Avropa İnsan haqları komissarı Dunya Miyatoviç rəhbərlik etdiyi qurumun 2020-ci il üzrə fəaliyyətinə dair hesabatını təqdim etdikdən sonra deputatların suallarını cavablandırarkən söyləyib.

Komissar deyib ki, müharibə hər iki tərəf üçün həssas məsələdir:

“Müharibə dayanıb və indi gələcəyə baxmalıyıq. Komandamla bölgəyə səfər etməyə hər an hazırıq. Avropa Şurası olaraq bizim post-münaqişə ərazilərində işləmək öhdəliyimiz var. Hər iki ölkə gələcəyə baxmalı və gələcəyə doğru irəliləməlidir. Polemikalar buna yardım etməyəcək”.

Üçtərəfli bəyanatın icrasını diqqətlə izlədiyini deyən Dunya Miyatoviç bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı çərçivəsində müşahidələr davam edir. Onlar Ali Komissarlığının nümayəndələri ilə əlaqə saxlayır və həmkarları ilə birlikdə çalışırlar.