Avrokuboklarda yeni mövsümün başlayacağı vaxt

avrokuboklarda-yeni-movsumun-baslayacagi-vaxt
Oxunma sayı: 2086

UEFA koronavirus səbəbindən yarımçıq dayandırılan Çempionlar Liqası və Avropa Liqasının oyunlarının avqustdan keçirilməsinə qərar verib.

"Qafqazinfo" "Bild"ə istinadən xəbər verir ki, qurumun videokonfransında Çempionlar Liqasında 1/8 finalın 4 qarşılaşması avqustun 7-8-nə təxirə salınıb.

ÇL-in finalı avqustun 29-na planlaşdırılır. Bundan 2 həftə sonra avrokuboklarda yeni mövsüm start götürəcək.