Avrokubokların finalı ilə bağlı yeni qərar

avrokuboklarin-finali-ile-bagli-yeni-qerar
Oxunma sayı: 703

2019-ci ildən 2021-ci ilə kimi Çempionlar Liqası və Avropa Liqasının finalı eyni həftədə keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. 2019-cu ildə Avropa Liqasının finalının mayın 29-u oynanılacağı bildirilib. Turnirlərin finalı indi olduğu kimi müxtəlif şəhərlərdə keçiriləcək.
 
Xatırladaq ki, bundan əvvəlki qaydaya əsasən, Avroliqanın finalı ÇL-dən 10 gün əvvəl keçirilirdi.
 
Əlavə edək ki, bu il AL-ın finalı mayın 24-ü Stokholmda, ÇL-in finalı isə iyulun 3-ü Kardiffdə oynanılacaq.