Avroliqa matçı təxirə salındı

avroliqa-matci-texire-salindi
Oxunma sayı: 1656

Avropa Liqasının 1/16 final mərhələsində bu gün Bakı vaxtı ilə 00:00-da keçirilməsi planlaşdırılan "Zalsburq" -  "Ayntraxt" matçı təxirə salınıb.   

"Qafqazinfo" xəbər verir ki, fırtına xəbərdarlığına görə oyun baş tutmayacaq. Oyunun hansı vaxta keçirildiyi açıqlanmayıb. 

Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" Avstriya klubuna 4:1 hesabı ilə qalib gəlmişdi.