Bu gün Avropa Liqasının 1/16 finalında keçiriləcək “Latsio” – “Sevilya” oyunu öncəsi xoşagəlməz hal yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər arasında kütləvi dava düşüb.
Nəticədə 3 azarkeş bıçaqlanıb. Onlardan 2-si italiyalı, 1-i amerikalıdır. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, “Latsio” – “Sevilya” matçı bu gecə saat 21:55-də başlayacaq.
Son xəbərlər
Son Xəbərlər