Avroliqada 1/4 finala start verilir

Avroliqada 1/4 finala start verilir
Oxunma sayı: 787

Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq və eyni saatda başlayacaq.

“Roma” səfərdə “Ayaks”ın, “Mançester Yunayted” isə “Qranada”nın qonağı olacaq. “Vilyarreal” da Zaqreb “Dinamo”su ilə ilk oyunu səfərdə keçirəcək. London “Arsenal”ı isə Praqa “Slaviya”sı ilə doğma meydanda qarşılaşacaq.

Avropa Liqası

1/4 finalın ilk oyunları

8 aprel

23:00. Ayaks (Niderland) – Roma (İtaliya)

23:00. Arsenal (İngiltərə) - Slaviya (Praqa, Çexiya)

23:00. Dinamo (Zaqreb, Xorvatiya) – Vilyarreal (İspaniya)

23:00. Qranada (İspaniya) - Mançester Yunayted (İngiltərə)