Avroliqada final həyəcanı- - "Dnepr" "Sevilya"ya qarşı

avroliqada-final-heyecani-
Oxunma sayı: 1849


“Qafqazinfo” xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin həlledici oyununda “Dnepr” və “Sevilya” komandaları üz-üzə gələcək. Bu komandalar arasındakı matç Polşada baş tutacaq.

“Sevilya” finalda qalib gələrsə, bu turnirin 4 qat qalibi adını qazanacaq. “Dnepr” həlledici oyundan qələbə ilə ayrılarsa, Kiyev “Dinamo”sundan və “Şaxtyor”dan sonra bu titula yiyələnən 3-cü Ukrayna klubu olacaq. 
Varşava Milli  stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtilə saat 23:45-də başlayacaq. 

Avropa Liqası

Final

27 may
 
23:45. “Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Varşava (Polşa). Milli stadionu