Avroliqada finalçılar bəlli olur

avroliqada-finalcilar-belli-olur
Oxunma sayı: 1304

Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, hər iki qarşılaşma eyni gündə və eyni saatda başlayacaq.

İngiltərənin “Mançester Yunayted” klubu doğma meydanda darmadağın etdiyi “Roma” ilə bu dəfə İtaliyada üz-üzə gələcək. “Canavarlar”ın bu görüşdə möcüzə etməsi o qədər də inandırıcı görünmür.

Digər yarımfinal görüşü isə İspaniya “Vilyarreal”ı ilə İngiltərənin “Arsenal” klubları arasında baş tutacaq. İlk oyunda ispanlar qalib gəlsə də, “topçular”ın da finala çıxmaq şansı yüksəkdir.

Qeyd edək ki, Avroliqanın final qarşılaşması mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

Avropa Liqası

Yarımfinalın cavab oyunları

6 may

23:00. Roma (İtaliya) - Mançester Yunayted (İngiltərə)

İlk oyun – 2:6.

23:00. Arsenal (İngiltərə) - Vilyarreal (İspaniya)

İlk oyun – 1:2.