Avroliqada həftənin ən yaxşı oyunçusu açıqlandı

avroliqada-heftenin-en-yaxsi-oyuncusu-aciqlandi
Oxunma sayı: 1415

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, İtaliyanın “Roma” klubunun qapıçısı Pau Lopes həftənin ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. O, komandasının Niderland “Ayaks”ı ilə səfər oyununda 2:1 hesablı qələbədə əsas pay sahiblərindən biri olub. 27 yaşlı qolkiper bu qarşılaşmada 8 qurtarış edib.

Həftənin ən yaxşısı adına “Slaviya”dan (Praqa, Çexiya) Tomaş Holeş, “Mançester Yunayted”dən Bruno Fernandes və “Vilyarreal”dan (İspaniya) Jerar Moreno da namizəd idi.