UEFA Avropa Liqasında 1/16 mərhələsinin ilk oyunları başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu gecə keçirilən 15 oyunda qapılara 36 qol vurulub.
Bu oyunlardan cəmi ikisində meydan sahibləri (“Brügge” və “Viktoriya”) qalib gəlib. Qonaqlar isə 7 oyunda qələbə qazanıb. Digər 6 oyun barabərə bitib.
Gecənin sensasiyası “Arsenal”ın səfərdə BATE-yə məğlubiyyəti olub.
Qeyd edək ki, bu mərhələdə 2 gün öncə “Fənərbağça” “Zenit”i 1:0 hesabı ilə məğlub etmişdi.
Bu gecənin nəticələrini təqdim edirik:
“Qalatasaray” (Türkiyə) - “Benfika” (Portuqaliya) - 1:2
Qollar: Salvio, 27-pen. (0:1), Luyindama, 54 (1:1), Seferoviç, 64 (1:2)
“Latsio” (İtaliya) - “Sevilya” (İspaniya) - 0:1
Qol: Ben Yedder, 22
“Rapid” (Avstriya) - “İnter” (İtaliya) - 0:1
Qol: Martinez, 39-pen.
“Renn” (Fransa) – “Betis” (İspaniya) - 3:3
Qollar: Hunou, 2 (1:0), Qarsia,11-avtoqol (2:0), Lo Kelso, 32 (2:1), Ben Arfa, 45+3-pen. (3:1), Sidney, 62 (3:2), Laynez, 90 (3:3)
BATE (Belarus) - “Arsenal” (İngiltərə) - 1:0
Qol: Draqun, 45
Qırmızı vərəqə: Lakazett, 85 (“Arsenal”)
“Olimpiakos” (Yunanıstan) - “Dinamo” (Ukrayna) - 2:2
Qollar: Hassan, 10 (1:0), Buyalsky, 28 (1:1), Dias, 40 (2:1), Verbiç, 89 (2:2)
“Brügge” (Belçika) - “Zalsburq” (Avstriya) - 2:1
Qollar: Junuçoviç, 17 (0:1), Densvil, 64 (1:1), Vesli, 81 (2:1)
“Malmö” (İsveç) - “Çelsi” (İngiltərə) - 1:2
Qollar: Barkli, 30 (0:1), Jiru, 57 (0:2), Kristansen, 80 (1:2)
“Seltik” (Şotlandiya) - “Valensiya” (İspaniya) - 0:2
Qollar: Çerişev,42, Sobrino, 49
“Sportinq” (Portuqaliya) - “Vilyareal” (İspaniya) - 0:1
Qol: Pedraza, 3
Qırmızı vərəqə: Akunya, 77 ("Sportinq")
“Sürix” (İsveçrə) - “Napoli” (İtaliya)- 1:3
Qollar: İnsinye, 11 (0:1), Kallehon, 21 (0:2), Zielinski, 77 (0:3), Kololi, 83-pen (1:3)
“Şaxtyor” (Ukrayna) - “Ayntraxt” (Almaniya)- 2:2
Qollar: Hintereqqer, 7 (0:1), Marlos, 10 (1:1),Kostiç, 50 (1:2), Tayson, 67 (2:2)
Qırmızı vərəqə: Stepanenko, 11 ("Şaxtyor")
“Viktoriya” (Çexiya) - “Dinamo” (Xorvatiya) - 2:1
Qollar: Olmo,41 (0:1), Perniça, 54 (1:1), 83 (2:1)
“Slaviya” (Çexiya) - “Genk” (Belçika) - 0:0
“Krasnodar” (Rusiya) – “Bayer” (Almaniya) - 0:0
Son xəbərlər
Son Xəbərlər