Avroliqada xoşbəxt səkkizlik müəyyənləşir

avroliqada-xosbext-sekkizlik-mueyyenlesir
Oxunma sayı: 751

“Qafqazinfo”nun verdiyi xəbərə görə, səfərdə gözlənilmədən “Mançester Yunayted”i məğlub edən “Atletik” evdə sərfəli nəticəni qorumağa çalışacaq. İlk oyunda məğlub olan digər Mançester nəhəngi MS isə evdə “Sportinq”dən qisas almağa çalışacaq. Bu mövsüm Avrokuboklarda uğurlu çıxış edən Hollandiya təmsilçilərini də çətin sınaq gözləyir. İlk qarşılaşmada qalib gələn “Alkmaar” və “Tvente” səfərdə üstünlüyü saxlamağa cəhd edəcək. PSV isə “Valensiya”nı ən az 2 top fərqi ilə məğlub etməlidir.

22:00. “Atletik” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) (İlk oyun – 3:2)
22:00. “Udineze” (İtaliya) – “Alkmaar” (Hollandiya) (0:2)
22:00. “Hannover-96” (Almaniya) – “Standard” (Belçika) (2:2)
22:00. PSV (Hollandiya) – “Valensiya” (İspaniya) (2:4)
00:05. “Beşiktaş” (Türkiyə) – “Atletiko” (Madrid, İspaniya) (1:3)
00:05. “Şalke” (Almaniya) – “Tvente” (Hollandiya) (0:1)
00:05. “Olimpiakos” (Yunanıstan) – “Metallist” (Ukrayna) (1:0)
00:05. “Mançester Siti” (İngiltərə) – “Sportinq” (Portuqaliya) (0:1)


Ceyhun Əhmədov