“Qafqazinfo” xəbər verir ki, eyni gündə baş tutan 4 oyundan sonra yarımfinalçılar müəyyənləşib. “Dnepr” doğma meydanda “Brügge”nin qəbul edib. Ukraynalılar 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
“Fiorentina” Florensiyada Kiyev “Dinamo”sunu qonaq edib. İtalyanlar 2:0 hesablı qalibiyyət əldə edərək adını turnirin ən güclü 4 komandası arasına yazdırıb.
Mərhələnin ən maraqlı oyunu isə “Napoli” və “Volfsburq” arasında baş tutub. İlk oyunda 4:1 hesablı qələbə qazanan Rafael Benitesin komandası bu dəfə almanlarla 2:2-lik bərabərliyə imza atıb. Bununla da “Napoli” yarımfinala adlayıb.
“Zenit” isə Sankt-Peterburqda “Sevilya”nı qonaq edib. Səfərdə 1:2 hesabı ilə uduzan Rusiya təmsilçisi 2:2 bərabərliyə imza atıb və mübarizəni dayandırıb.
Qeyd edək ki, yarımfinal cütlükləri bu gün müəyyənləşəcək. UEFA Avropa Liqası 1/4 final, cavab oyunları 24 aprel Dnepr (Ukrayna) - Brügge (Belçika) 1:0 (ilk oyun 0:0) Qol: Şakov, 82. Fiorentina (İtaliya) - Dinamo (Ukrayna) 2:0 (ilk oyun - 1:1) Qollar: Qomes, 43. Varqas, 90. Qırmızı vərəqə: Jermen Lens (Dinamo), 40. Napoli (İtaliya) - Volfsburq (Almaniya) 2:2 (ilk oyun - 4:1) Qollar: Kallehon, 49. Mertens, 65 - Kloze, 71. Perisiç, 73. Zenit (Rusiya) - Sevilya (İspaniya) 2:2 (ilk oyun - 1:2) Qollar: Rondon, 48. Halk, 72 - Bakka, 6-p. Qameyro, 85.
Son xəbərlər
Son Xəbərlər