Avroliqanın bütün 1/4 finalçıları müəyyənləşdi

avroliqanin-butun-14-finalcilari-mueyyenlesdi
Oxunma sayı: 2656

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olmuş “Atletiko” klubu səfərdə Moskvanın “Lokomotiv”inə futbol dərsi keçib - 5:1.

Kiyevin “Dinamo” komandası isə öz meydanında Romanın “Latsio” klubuna 0-2 hesabı ilə məğlub olub.

Günün mərkəzi görüşü isə Londonda baş tutub. “Arsenal” öz meydanında “Milan”ı 3:1 hesabı ilə məğlub edib.

Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:

“Viktoriya" (Çexiya) – “Sportinq” (Portuqaliya) - 2:1              

“Zenit” (Rusiya) – “Leypsiq” (Almaniya) - 1:1

“Lion” (Fransa) – “ÇSKA” (Rusiya) - 2:3

“Zalsburq” (Avstriya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:0.

Bu nəticələrdən sonra “Arsenal”, “Atletiko”, “Sportinq”, “Marsel”, “Leypsiq”, “Latsio”, “Zalsburq” və “ÇSKA” dörddəbir finala vəsiqə qazanıblar.

Qeyd edək ki, ¼ final mərhələsinin püşkatması bu gün saat 16:00-da keçiriləcək.