Avroliqanın daha bir oyunu azarkeşsiz olacaq

avroliqanin-daha-bir-oyunu-azarkessiz-olacaq
Oxunma sayı: 916

Avropa Liqasının daha bir oyunu azarkeşsiz keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, UEFA 1/8 final mərhələsinin “Olimpiakos” – “Vulverhempton” qarşılaşmasına azarkeşlərin buraxılmayacağını açıqlayıb.
 
Yunanıstan hökuməti koronavirusun yayılması səbəbi ilə ölkədə idman tədbirlərinə insanların qatılmasını məhdudlaşdıran sərəncam imzalayıb.
 
Qarşılaşma martın 13-ü Afinadakı "Karaiskakis" stadionunda baş tutacaq.