Avroliqanın finalına azarkeşlər buraxıla bilər

avroliqanin-finalina-azarkesler-buraxila-biler
Oxunma sayı: 1305

UEFA Avropa Liqasının final matçına azarkeşlərin buraxılması variantını  nəzərdən keçirir.

"Qafqazinfo" "Daily Mail"ə istinadən xəbər verir ki, həlledici görüşün oynanılacağı Polşanın Qdansk şəhərindəki "Enerqa Qdansk" stadionunun tutumunun təqribən 25 faizi miqdarında, yəni 10 min azarkeş finala buraxıla bilər.

Qeyd edək ki, Avropa Liqasının finalında "Mançester "Yunayted - "Roma" və "Vilyarreal" - "Arsenal" cütlərinin qalibləri iştirak edəcək. Final matçı mayın 26-ı keçiriləcək.