Avroliqanın iki oyunu təxirə salındı

avroliqanin-iki-oyunu-texire-salindi
Oxunma sayı: 1517

Avropa Liqasının 1/8 final mərhələsində sabah keçirilməli olan iki oyun təxirə salınıb.

"Qafqazinfo" xəbər verir ki, söhbət "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) matçlarından gedir.

Məlumatı UEFA-nın rəsmi saytı yayıb. Buna koronavirusa görə İtaliya və İspaniya arasındakı səyahət məhdudiyyəti səbəb olub.