Avroliqanın son “xoşbəxt”ləri müəyyənləşir

avroliqanin-son-xosbextleri-mueyyenlesir
Oxunma sayı: 659

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilk oyun günündə 6 qrupda mübarizəyə yekun vurulacaq. Bunlar D, E, F, J, K və L qruplarıdır. D, F, J və K qruplarında qrup birincisi məlumdur. L qrupunda isə növbəti mərhələyə vəsiqə qazanan iki komandanın “Anderlext” və “Lokomotiv” olduğu rəsmiləşib. Pley-offa vəsiqə uğrunda mübarizə D qrupunda “Latsio” və “Vasluy”, E qrupunda “Beşiktaş” və “Dinamo Kiyev”, F qrupunda “Zalsburq” və PSJ, K qrupunda “Fulhem” və “Visla” arasında gedəcək. J qrupunda isə ikinci pillə uğrunda 3 komanda – “Styaua”, “Makkabi” və AEK mübarizə aparır.

D qrupu

22:00. “Sürix” (İsveçrə) – “Vasluy” (Rumıniya)
22:00. “Latsio” (İtaliya) – “Sportinq” (Portuqaliya)

E qrupu

22:00. “Beşiktaş” (Türkiyə) – “Stok Siti” (İngiltərə)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail)

F qrupu

22:00. PSJ (Fransa) – “Atletik” (Bilbao, İspaniya)
22:00. “Slovan” (Slovakiya) – “Zalsburq” (Avstriya)

J qrupu

00:05. “Styaua” (Rumıniya) – AEK (Kipr)
00:05. “Makkabi” (Hayfa, İsrail) – “Şalke” (Almaniya)

K qrupu

00:05. “Visla” (Polşa) – “Tvente” (Hollandiya)
00:05. “Fulhem” (İngiltərə) – “Odense” (Danimarka)

L qrupu

00:05. “Anderlext” (Belçika) – “Lokomotiv” (Moskva, Rusiya)
00:05. “Ştrum” (Qraz, Avstriya) – AEK (Yunanıstan)

Ceyhun Əhmədov