“Avropa parlamentinin qəbul etdiyi qətnamə Milli Məclisdə ciddi təhlil olunmalıdır. Məndə komitəmiz və öz adımdan, uzun illər beynəlxalq münasibətlərdə işləyən şəxs kimi hesab edirəm ki, bu təxribat dolu qətnaməyə uyğun cavab verilməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün keçirilən növbədənkəabr sesiyasında bildirib. Qeyd edib ki, əslində, bu qətnamə ilə Avropa Parlamenti özünə ciddi zərbə vurub: “Bundan sonra onların deyəcəyi sözlər, veriləcək vədlərin heç bir əhəmiyyəti yoxdur. Onlar müstəqil dövlətə qarşı belə bir addım atdılar. Niyə bu addımı atdılar? Azərbaycan suveren dövlətdir. Müstəqil xarici siyasət aparır və kiminsə sözünü deyil, öz xalqının marağına uyğun iş aparır. Həm də, Azərbaycan öz torpaqlarını Minsk qrupundan və digər formatlardan kənar həll etmək iqtidarındadır.
İnsan haqlarını müzakirə edəndə biz qaçqlınları, demokratiya deyəndə bərabərliyi, qanunvercilik deyəndə beynəlxalq qanunların ciddiliyini düşünürdük, separatçı qüvvələrlə fəaliyyət göstərməməyi düşünürdük. Mən bir faktı deyirəm. Bu sənədin təşəbbüskarlarından biri Avropa Azad Alyansında təmsil olunur. Həmin alyansın deputatları Dağlıq Qarabağda separatçı rejimi “Arçax Demokratik Partiyasını” öz üzvlüyünə qəbul ediblər. Biz öz sözümüzü deməliyik. Avropa Parlamentində sağlam qüvvələrlə birləşməli, Avronest Parlament Assambleyasında fəaliyyətimizi dayandırmalıyıq”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər