Avronestin toplantısı ilk dəfə Bakıda

avronestin-toplantisi-ilk-defe-bakida
Oxunma sayı: 651

Milli Məclisdən bildiriblər ki, tədbirin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri görülmüşdür. Sessiyanın gündəliyi Avronest PA-nın bu günlərdə Strasburqda keçiriləcək büro iclasında təsdiqlənəcəkdir.
Sessiya çərçivəsində təşkilatın dörd daimi komitəsinin də iclasları keçiriləcək və müvafiq sənədlər qəbul olunacaqdır.
Qeyd edək ki, Avronest PA-nın zirvə toplantısı təşkilata üzv dövlətlər sırasında ilk dəfə Bakıda keçiriləcəkdir.