“Avronun atası” dünyasını dəyişdi

avronun-atasi-dunyasini-deyisdi
Oxunma sayı: 3027

Kanadalı iqtisadçı, 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, optimal valyuta zonaları nəzəriyyəsinin banisi, “avronun atası” adlandırılan şəxslərdən biri – Robert Mandell 88 yaşında vəfat edib.

Bu barədə “Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir.

“Kolumbiya Universitetinin fəxri professoru Robert Mandell aprelin 4-də ömrünün 89-cu ilində ailəsilə bərabər yaşadığı İtaliyanın Toskana şəhərində dünyasını dəyişib”, - deyə Kolumbiya Universitetinin iqtisadi araşdırmalar proqramının direktorunun köməkçisi Sofiya Conson məlumatı təsdiqləyib.

R.Mandelli Avropanın vahid valyutası kimi avronun yaradılmasının ideya və intellektual ilhamvericisi hesab olunur. Ötən əsrin 60-cı illərindən başlayaraq o, Ümumavropa İqtisadi və Valyuta İttifaqının yaradılması ideyasını dəstəkləyib və avronun tətbiqi üçün nəzəri zəmin yaradıb.