Avropa Azərbaycan Məktəbi 3-cü Beynəlxalq Elm Festivalında

avropa-azerbaycan-mektebi-3-cu-beynelxalq-elm-festivalinda
Oxunma sayı: 1408

2017-ci ilin sentyabr ayından etibarən Avropa Azərbaycan Məktəbinin müəllimləri (EAS) Elvin Abdullayev və Mələk Əzizova şagirdlərlə Ekologiya mövzusunda elmi layihə üzərində işləyiblər.

“Qafqazinfo” xəbər verir ki, dekabr ayında Azərbaycan Britaniya Kollecində keçirilən 3-cü Beynəlxalq Elm Festivalında Altenariv Enerji Mənbələri və Ekologiya adı altında keçirilən tədbirdə məktəbimizin 2 komandası - 10 B sinif şagirdləri- Ülvi Cabbarov, Fuad Xasıyev və Həsən Şiriyev qızıl və gümüş mükafatlara layiq görülüblər. Tədbirdə 67 layihə və müxtəlif özəl məktəblərin komandaları öz elmi layihələri ilə təmsil olunublar.