Avropa Azərbaycan Məktəbinin şagirdləri qızıl medal qazandı

avropa-azerbaycan-mektebinin-sagirdleri-qizil-medal-qazandi
Oxunma sayı: 2408

Təhsil Nazirliyi tərəfindən riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, fənləri üzrə Respublika fənn olimpiadasının final mərhələsi keçirilib.

Qafqazinfo” xəbər verir ki, olimpiadanın birinci – rayon (şəhər) mərhələsində IX, X və XI siniflərdən 27500 şagird iştirak edib, ikinci - yarımfinal turunda 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib, bunlardan 450 nəfəri isə final turun – respublika mərhələsinin iştirakçısı olub.

Olimpiadanın respublika mərhələsində Avropa Azərbaycan Məktəbini 4 şagird təmsil edib. Günel Məmmədova, IX sinif, Azərbaycan dili fənni üzrə I yer - qızıl medal, Zöhrə Məmmədova, IX sinif, tarix fənni üzrə I yer - qızıl medal, Lamiyyə Mahmudova, X sinif, tarix fənni üzrə I yer - qızıl medal,Vaqif Süleymanov, IX sinif, coğrafiya fənni üzrə II yer - gümüş medal əldə ediblər.