“Avropa Azərbaycanı bütün gücü ilə inkişafdan saxlamaq istəyir” - Video

avropa-azerbaycani-butun-gucu-ile-inkisafdan-saxlamaq-isteyir
Oxunma sayı: 1970

“Əslində onlar bizim azadlığımızı qəbul eləmir. Torpaqlarımızın işğaldan azad olunmasını, Azərbaycanın tamamilə başqa müstəvidə inkişaf etməsini, 1 milyondan çox qaçqının 30 il ərzində həsrətlə gözlədiyi və nəhayət həll olunan məsələni qəbul edə bilmirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Səməd Seyidov REAL TV-də AŞPA-nın təşkilatda Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərarına münasibət bildirərkən deyib.

Parlamentari Azərbaycanın regionda söz sahibi olduğunu diqqətə çatdırıb: “Bu gün Azərbaycanın təsiri Azərbaycandan daha genişdir. Regionun gündəliyini bu gün Azərbaycan müəyyən edir. Avropa öz inkişafında Azərbaycanın mövcudluğunu nəzərə almaya bilməz. Azərbaycan Qərb və Şərq dünyasını birləşdirən, böyük töhfələr verən güclü, sözükeçən ölkəyə çevrilib. Bu köhnə ab-havanın içərisində yaşayan Avropa dirçələn gücə malik olan Azərbaycanı bütün gücü ilə bu inkişafdan saxlamaq istəyir”.

Həmin müsahibəni təqdim edirik: