“Avropa Birliyi dağılma prosesinə daxil olub”

avropa-birliyi-dagilma-prosesine-daxil-olub
Oxunma sayı: 1046

Hollandiya xalqı Avropa Birliyi (Aİ) ilə Ukrayna arasında “Birgə Ticarət Müqaviləsi”ni rədd edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Avropa əleyhinə dairələr qutudan 64% "xeyr” səsinin çıxmasını böyük bir qələbə kimi qiymətləndirilib. Hollandiyanın ifrat sağçı lideri Qeert Vilders isə tvitterdə yaydığı xəbərdə Avropa Birliyinin dağılma prosesinə daxil olduğunu açıqlayıb.

Hollandiyanın baş naziri Mark Rutte referendumdan sonra hələ ki, bir açıqlama verməyib.

Aysel Kərimova