Avropa Birliyi ilə İngiltərə “Brexit”lə bağlı razılığa gəldi

avropa-birliyi-ile-ingiltere-brexitle-bagli-raziliga-geldi
Oxunma sayı: 905

Avropa Şurası Böyük Britaniyanın Avropa Birliyindən çıxarılması ilə bağlı müqavilənin ratifikasiyasına icazə vermək üçün “Brexit”in müddətinin uzadılmasına razılıq verib.

 “Qafqazinfo”nun məumatına görə, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk tvitterdə məlumat verib.

“Avropa Birliyinə üzv 27 dövlət və Birləşmiş Krallıq “Brexit”in müddətinin 31 oktyabra təxirə salınmağına dair razılıq əldə edib. Bu, İngiltərəyə ən yaxşı mümkün qərarı verməyi üçün altı ay vaxtının olduğunu göstərir”, - deyə Tusk bildirib.