“Türkiyə 69-70 meyarı yerinə yetirib”.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Avropa Birliyi Komissiyasının sədri Jan Klod Yunker deyib. Yunkerin sözlərinə görə, Türkiyə vizasız rejimə keçmək üçün görməli olduğu işlərdə irəliləyiş əldə edib. O, “Viza rejiminin ləğvi üçün Türkiyə 72 meyarı yerinə yetirməlidir. Ölkə indiyə qədər 69-70 kriteriyanı yerinə yetirib"- deyə bildirib.
Avropa Birliyi Komissiyasının sədri onu da qeyd edib ki, Avropa İttifaqının əsas şərtlərindən biri Türkiyənin terrorla mübarizə qanununu dəyişdirməsidir.
Son xəbərlər
Son Xəbərlər