İsveçrə 1992-ci ildə Avropa Birliyinə üzvlük üçün etdiyi müraciəti geri çəkib.
“Qafqazinfo” xəbər verir ki, ölkə parlamenti üzvlük müraciətinin geri çəkilməsi istiqamətində layihəni qəbul edib. Məlumata görə, Federal Parlament “aktiv olmayan” müraciətin davam etməsini mənasız kimi qiymətləndirib. Ölkənin xarici işlər naziri Didier Burkhalter də məsələyə münasibət bildirib. O, AB-yə üzvlük müraciətinin “etibarsız” olduğunu və geri çəkiləcəyini deyib.
Son xəbərlər
Son Xəbərlər