Avropa Birliyinin Rusiyadan Savçenko - Tələbi

avropa-birliyinin-rusiyadan-savcenko
Oxunma sayı: 1440

Avropa Birliyi Rusiyadan ukraynalı pilot Nadejda Savçenkonu dərhal azadlığa çıxarmağı tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa birliyinin saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Savçenkonun aclıq aksiyası çox narahat edici hadisədir.

Avropa Birliyi həmçinin, Savçenkonun azadlığa çıxarılmasınının Minsk danışıqları sayəsində həyata keçirilməli olduğunu vurğulayıb.

Xatırladaq ki, N. Savçenko Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin ölümü ilə nəticələnən hücumun təşkilində təqsirləndirilir.