Avropa Boks Konfederasiyasından icra başçısına məktub

avropa-boks-konfederasiyasindan-icra-bascisina-mektub
Oxunma sayı: 902


“Qafqazinfo” xəbər verir ki, məktubda həmyerlimizin Avropa Boks Federasiyasının büro üzvü kimi fəaliyyət göstərəcəyi, qitə boksunun inkişafına dəstək olacağına əminlik ifadə edilib: “Siz AİBA və EUBC komissiyalarında Avropa boksunun inkişafı üçün böyük işlər görmüsünüz. Bundan sonra EUBC nizamnaməsinin 38-ci bəndinə uyğun olaraq, Avropa Boks Konfederasiyasının İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərəcəksiniz. Əminəm ki, siz bu işin öhdəsindən uğurla gələrək, Avropa boksunun inkişafı üçün əlinizdən gələni edəcəksiniz”. 

Qeyd edək ki, Süleyman Mikayılov ötən ay İtaliyanın Assizi şəhərində keçirilən toplantıda EUBC İcraiyyə Komitəsinin üzvü seçilib. Mikayılov eyni zamanda, AİBA İcraiyyə Komitəsində də ölkəmizi təmsil edir.